EN

Suriya prezidentinin ABŞ-a səfəri nə vəd edir?- ÖZƏL

"Suriya prezidenti Əhməd əl-Şaraanın prezident Donald Trampla görüşmək üçün ABŞ-a səfər edəcəyi gözlənilir. Bu, Əsəd rejiminin süqutundan sonra ABŞ ilə münasibətlərdə tarixi bir dönüş nöqtəsi olacaq". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "Səfərin məqsədi əlaqələri tam normallaşdırmaq, iqtisadi yenidənqurmanı təmin etmək və yeni təhlükəsizlik münasibətləriı qurmaqdır. Suriyanın səfərdən əsas məqsədlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
- Sanksiyaların daimi ləğvi (Sezar Aktı); 
- Suriyanın İŞİD əleyhinə koalisiyaya daxil edilməsini rəsmiləşdirmək; 
- Müharibədən sonrakı yenidənqurma üçün dəstək və investisiya təmin etmək; 
- Suriya və İsrail arasında təhlükəsizlik müqaviləsinii hazırlamaq; 
- Beynəlxalq legitimlik qazanmaq və diplomatik təcridə son qoymaq; 
- Amerikanın dəstəyi ilə İranın bölgədəki təsirinə qarşısını almaq; 
- Daxili təhlükəsizlik problemlərini həll etmək (məsələn, SDF-nin İraq ordusuna inteqrasiyası); 
-Terrorizmin yenidən canlanmasının qarşısını almaq üçün Suriyaya dəstək əldə etmək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
olaylar.az

1Sources