EN

Bərdənin Alpoud kəndindəki tam orta məktəbdə müasir təhsil mühiti yaradılıb

Bərdə rayonunun Alpoud kənd tam orta məktəbində 264 şagird yerlik binası inşa edilib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

"Layihənin icrası nəticəsində kənddə müasir, təhlükəsiz və standartlara uyğun təhsil mühiti formalaşdırılıb. Layihə çərçivəsində zəruri infrastruktur tam yenilənib və müasir standartlara uyğunlaşdırılıb. Tədris prosesinin yüksək səviyyədə təşkili üçün məktəbdə 11 sinif otağı, məktəbəhazırlıq otağı, 2 laboratoriya, 2 əmək otağı, informatika və çağırışaqədərki hazırlıq kabinetləri, həmçinin kitabxana və oxu zalı fəaliyyət göstərir",- məlumatda bildirilib.

Qeyd edilib ki, şagirdlərin inkişafına yönəlmiş infrastruktur çərçivəsində yeməkxana, akt və idman zalı da istifadəyə verilib: "Məktəbin bütün otaqları müasir avadanlıqla təmin olunub, tədris və təhlükəsizlik standartlarına uyğun mühəndis-kommunikasiya sistemləri quraşdırılıb. Məktəbin həyətyanı sahəsində abadlıq işləri görülüb, idman meydançaları və yaşıllıq əraziləri salınıb. Layihənin icrasının əsas məqsədi Alpoud kəndində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin müasir şəraitdə təhsil alması və müəllim heyətinin daha səmərəli fəaliyyətidir".

Bərdənin Bərdənin Bərdənin Bərdənin Bərdənin Bərdənin Bərdənin
Chosen
13
6
apa.az

7Sources