EN

“PAŞA Sığorta” startap ekosisteminin inkişafına dəstək göstərib

Ölkəmizin innovasiya mühitinin güclənməsi və yeni texnoloji imkanların təşviqinə önəm verən PAŞA Sığorta “Mələk İnvestorlar Məktəbi” layihəsində sponsor qismində çıxış edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “SABAH Angels” klubunun tərəfdaşlığı ilə həyata keçirilən layihə 4–6 noyabr 2025-ci il tarixlərində Bakıda baş tutub. Proqram çərçivəsində ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssislər iştirakçılarla öz təcrübələrini bölüşüb, startaplara investisiya imkanları, portfel formalaşdırılması, risklərin qiymətləndirilməsi və uğurlu investisiya strategiyalarının qurulması barədə praktik biliklər təqdim ediblər.

“Mələk İnvestorlar Məktəbi” bu il daha geniş və interaktiv formatda təşkil olunaraq ölkənin investisiya mühitində yeni əməkdaşlıq imkanları yaradıb. Təlimi tamamlayanlar arasından seçiləcək beş qalib 2026-cı ildə Silikon Vadisinə bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanmaqla səfər etmək imkanı qazanacaq.

Rəqəmsal transformasiyaya keçid prosesini uğurla davam etdirən PAŞA Sığorta gələcəkdə də innovasiya yönümlü layihələrlə yeni imkanların yaradılmasına və cəmiyyət üçün dəyər formalaşdırılmasına töhfə verməyi planlaşdırır.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.

Chosen
50
2
apa.az

3Sources