EN

AFFA-dan “Araz-Naxçıvan”a 400 manatlıq cərimə - ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 9-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısı ilə sizi də tanış edir:

Əvəzedicilər Liqası, 9-cu tur

“Qarabağ-2” – “Zirə-2” oyununda “Zirə”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Bu oyuna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Ağdam komandası 200 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Naxçıvan komandası 200 manat cərimə edilib. Oyun günü planı pozulduğuna görə matç gec başladığı üçün Naxçıvan komandası daha 200 manat cərimələnib.

“Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz komandası 70 manat cərimə edilib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
22
24
arena.az

10Sources