EN

Gürcüstanda Saakaşvili barəsində cinayət işi açıldı

BAKI, 6 noyabr. TELEQRAF

Gürcüstanda sabiq prezident Mixeil Saakaşvili və bir qrup müxalifət lideri barəsində cinayət işi açılıb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Cinayət işin açılmasına səbəb onların hakimiyyətin zorla devrilməsinə çağırış etmələri olub.

Qurumdan bildirilib ki, istintaq çərçivəsində bu çağırışlarla bağlı sübutlar toplanır və hadisənin bütün iştirakçıları müəyyən edilir.

Chosen
129
teleqraf.com

1Sources