BAKI, 6 noyabr. TELEQRAF
Azərbaycanda 2500-ə yaxın tibbi məntəqəsi var və onların 43 faizi xidmətə yarasızdır. Eyni zamanda, kadr çatışmazlığı var.
Teleqraf xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.
O bildirib ki, kadr çatışmazlığının həlli ilə bağlı müəyyən təkliflər var:
"Artıq Bərdədə pilot layihəyə start verilib. Bu istiqamətdə bütün səyləri göstəririk”.