EN

FT: “Trampdan ASEAN-a “zəhərli həb” hədiyyəsi”

AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinin məlumatına görə, Ağ Ev Çinlə strateji rəqabətdə yeni diplomatik silah yaradaraq, müqavilələrə “xitam vermə müddəaları” daxil edib.

“Bu müddəalar, hər hansı bir ölkə ABŞ-nin əhəmiyyətli maraqlarını təhdid edən və ya onun təhlükəsizliyinə əhəmiyyətli təhdid yaradan rəqabətli pakt imzalayarsa, müqavilələrin birtərəfli qaydada ləğv edilməsinə imkan verir”, - qəzet yazır.

Ticarət üzrə ekspertlərin fikrincə, bu cür qeyri-adi və genişmiqyaslı tədbirlər Çinlə sıx ticarət əlaqələri olan kiçik ölkələr üçün “loyallıq sınağı”dır və bu, ABŞ-nin Cənub-Şərqi Asiyada gələcək ticarət danışıqlarına təsir edə bilər.

- Vaşinqton bu razılaşmalar vasitəsilə bazardakı mövqeyini qoruyur və son onilliklər ərzində yaranmış “fabriklər Asiyası”nı yenidən formalaşdırmağa çalışır”, - Lozannadakı IMD Biznes məktəbinin geosiyasət və strategiya professoru Simon Evenett deyib.

Onun sözlərinə görə,“zəhərli həb”müddəaları ticarət müqavilələrini sırf kommersiya alətlərindən tərəfdaş ölkələrin xarici iqtisadi oriyentasiyasına təsir alətinə çevirir.

Brüsseldəki“Conference Board (Konfrans Şurası)” İqtisadi Strategiya Mərkəzinin rəhbəri Mariya Demertsis isə bu tədbirlərin Çinin regional təchizat zəncirlərinə hakim olmaq cəhdləri ilə bağlı ABŞ-nin narahatlığını sərgilədiyini və“Çinin ASEAN ölkələri vasitəsilə ABŞ-yə nüfuz etməsinin qarşısını almaq” məqsədi daşıdığını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
52
1
azvision.az

2Sources