EN

Büdcədə “süni intellekt”lə bağlı bölmə yaradılsın - TƏKLİF

Yazını böyüt
Yazını kiçilt

“Növbəti illərdə dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı ayrıca bölmələr əlavə edilsin. BMT-nin Minillik Hədəflərinə dair hesabatlarında da artıq “mavi iqtisadiyyat” termini geniş şəkildə tətbiq olunur”.

Hafta.az xəbər verir ki, bu fikirləri deputat Sevinc Mikayılova bir neçə komitənin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

“Bu məsələnin əhəmiyyəti ondadır ki, Prezident İlham Əliyev Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlərin ölkəmiz üçün ciddi çağırışlara səbəb olduğunu vurğulayıb. Eyni zamanda digər su hövzələrinin idarə olunması ilə bağlı da oxşar problemlərlə rastlaşırıq. Bu baxımdan, əgər BMT öz büdcəsində "mavi iqtisadiyyat"la bağlı bölmələrə yer verirsə, Azərbaycanın da gələcək büdcə sənədlərində bu istiqamətə xüsusi yer ayırması faydalı olar” – deyə o bildirib.

Chosen
11
2
hafta.az

3Sources