EN

“BP Azərbaycan”də işləyən Azərbaycanlıların sayı açıqlandı

2025-ci ilin üçüncü rübünün sonunda “BP Azərbaycan” şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı 2 389 nəfər olub.

Bu barədə Banker.az “BP Azərbaycan” şirkətinin hesabatına istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 nəfər azdır. 2024-cü ilin eyni dövründə 2024-cü ilin sonunda 2 401 nəfər idi.

Şirkətdə 2018-ci ilin ortalarından etibarən ixtisaslı işçilərin 90%-ni milli kadrlar təşkil edir və bu göstərici sabit olaraq qorunur. İxtisası olmayan işçilərin isə 100%-i yerli vətəndaşlardır. Beləliklə, bp-nin fəaliyyətində yerli kadr potensialının üstünlüyü və milli iştirak payının yüksək səviyyədə saxlanılması davam edir.

Chosen
19
banker.az

1Sources