“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges matçdan dərhal sonra klubun tərəfdaşı olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.