EN

Rusiyada acınacaqlı VƏZİYYƏT: Məktəblilər ağız xərçənginə...

Ajans.az xəbər verir ki, Rusiyada məktəblilər ağız xərçənginə gətirib çıxaran Asiya mənşəli “narkotik” fındıqdan asılı hala düşüblər. Bu barədə "Baza" nəşri məlumat verib.  Sözügedən “narkotik” gənclər arasında “sərxoşedici” təsiri səbəbilə məşhurlaşıb.  Narkotik vasitələrin digər adı da “binlan”dır.  "Baza" müəyyən edib ki, azyaşlılar bu narkotik vasitəni bazarlardan və hind mağazalarından alırlar. Qiyməti min rubladək yüksələ bilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, betel qozu tərkibindəki psixoaktiv maddə — arekolin səbəbindən sinir sistemi üzərində neyrostimulyator təsir göstərir və qızdırma yaradır.  "Baza" bildirir ki, Tayvan və Çində hökumətlər ağız xərçəngi hallarının artması səbəbilə bu qozun reklamını və satışını məhdudlaşdırıblar.

Qeyd edək ki, bundan əvvəl Yekaterinburqda lisey şagirdlərinin idmançılar üçün nəzərdə tutulmuş protein tozundan zəhərləndiyi barədə məlumat verilmişdi. Zərərçəkənlərin sayı 20-yə çatmışdı.

Chosen
24
Ajans.az

1Sources