EN

Rəşad Nəbiyev Məhəmməd Süleyman Əl-Casir ilə görüşdü

 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, görüş zamanı AZCON Holding-ə daxil olan şirkətlərlə effektiv tərəfdaşlığın qurulması və layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə edilib.

Tərəflər, həmçinin gələcək əməkdaşlıq üçün imkanların araşdırılması istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə ölkəmizin təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu bildirilib. Məhəmməd Süleyman Əl-Casir Azərbaycanda son illər ərzində rəqəmsallaşma sahəsində görülən işləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Chosen
10
11
musavat.com

10Sources