EN

2025-ci ilin “ən çox diqqət çəkən sözü” açıqlandı - Mənası hamını təəccübləndirdi

Böyük Britaniyanın ən qədim lüğətlərindən biri olan Collins Dictionary, 2025-ci ilin “ən diqqətçəkən sözünü” elan edib. Lakin bu sözün mənası eşidənləri xeyli təəccübləndirib.

Sherg.az xəbər verir ki, Collins Dictionary bu il üçün “vibe coding” terminini ilin sözü seçib. Bu ifadə texnologiya dünyasında sürətlə yayılan yeni bir anlayış kimi tanınır.
“Vibe coding” - təbii dili (insan danışığını) kompüter koduna çevirən yeni nəsil proqramlaşdırma üsulu kimi izah olunur. Bu anlayışı ilk dəfə Tesla-nın keçmiş süni intellekt direktoru və OpenAI-nin qurucu mühəndislərindən biri olan Andrej Karpathy ortaya atıb.
Karpathy bu texnologiyanı belə izah edib:
“Bu texnologiya insanlara elə bir intuitiv proqramlaşdırma gücü verir ki, onlar artıq kod yazmağı unudacaqlar.”
Collins lüğətinin dilçiləri 24 milyard sözlük qlobal verilənlər bazasında “vibe coding” ifadəsinin xüsusilə fevral ayından etibarən kəskin artdığını bildiriblər.
Collins rəhbəri Alex Beecroft deyib:
“‘Vibe coding’in ilin sözü seçilməsi texnologiyanın dili necə dəyişdirdiyini göstərir. İnsan yaradıcılığı ilə maşın zəkanı birləşəndə kompüterlərlə ünsiyyət tərzimiz tamamilə fərqli olur.”

Turan 

Chosen
24
1
sherg.az

2Sources