EN

Almaniyanın Gürcüstandakı səfiri Berlində aparılan məsləhətləşmələrdən sonra Tbilisiyə qayıdıb

Berlin, 6 noyabr, AZƏRTAC

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Berlində aparılan məsləhətləşmələrdən sonra bu gün Tbilisiyə qayıdıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin X platformasındakı hesabında bildirilib.

“O, orada öz səmərəli və prinsipial fəaliyyətini bizim tam dəstəyimizlə davam etdirəcək.

Xatırladaq ki, oktyabrın 19-da Almaniya Xarici İşlər Nazirliyi səfir Peter Fişerin Gürcüstan ilə münasibətlərdə növbəti addımları müzakirə etmək məqsədilə məsləhətləşmələr aparmaq üçün geri çağırıldığını açıqlamışdı.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
41
azertag.az

1Sources