EN

Bu ilin 9 ayı ərzində "Şahdəniz" üzrə əməliyyat və əsaslı xərclər artıb

Bakı. Trend:

2025-ci ilin üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərətəxminən 1 milyard 836 milyon dollar əməliyyat xərcləri və təxminən756 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyükəksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Trend bu barədəbp-yə istinadən xəbər verir.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə “Şahdəniz” üzrəəməliyyat və əsaslı xərclər müvafiq olaraq 1,780 milyard dollar və582 milyon dollar təşkil edib ki, bu isə 3,1 faiz artım (illikifadədə 29,9 faiz) anlamına gəlir.

Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a),Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına,çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qazçatdırılması davam etmişdir.

Şahdənizdə iştirak payları aşağdakı kimidir:

bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), CənubQaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).

Məqalədə:
Chosen
33
az.trend.az

1Sources