EN

Kəndlərdə tibb məntəqələri yararsız vəziyyətdədir, ciddi kadr çatışmazlığı var Zaur Əliyev

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"İlkin səhiyyə xidməti ən prioritet istiqamətlərdən biridir. Biz istəyirik ki, bu sahə inkişaf etsin. Bu sahə nə qədər inkişaf etsə, bir o qədər preventiv tədbirlər görüləcək. Eyni zamanda, xəstəxanaların üzərinə düşən yük azalacaq".

Redaktor.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev noyabrın 6-da parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

“Burada əsas iki böyük problem var. Biri tibb müəssisələrinin mövcud vəziyyəti ilə bağlıdır. Ölkədə 2500-ə yaxın tibb müəssisəsi var. Bunun 43 faizi tam yararsız vəziyyətdədir. Yəni burada söhbət daha çox kənd məntəqələrindən gedir. Eyni zamanda, ciddi kadr çatışmazlığı var. Ən azı 1500 həkim işə götürmək lazımdır ki, kənd məntəqələrində işləsinlər”, - deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
4
redaktor.az

5Sources