EN

Türkiyə S-400 raketlərindən imtina edir?

BAKI, 6 noyabr. TELEQRAF

Türkiyə hakimiyyəti ABŞ administrasiyasının tələbinə baxmayaraq, Rusiyadan aldığı S-400 zenit-raket komplekslərindən tamamilə imtina etməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat verib.

Həmçinin nəşrin yazdığına görə, Türkiyə S-400 komplekslərinin gələcəyi ilə bağlı kompromisə getməyə hazır olduğunu bildirib. Eləcə də Ankara Vaşinqtonun bu sistemlərdən tamamilə imtina etmək tələbinə rədd cavabı verib. Mənbələrin məlumatına görə, Türkiyə S-400-lərin istifadəsinə nəzarət etmək üçün birgə hərbi mexanizmin yaradılmasına razılıq verməyə hazırdır.

Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 4 S-400 hava hücumundan müdafiə sistemi alıb. Müqavilənin dəyəri 2,5 milyard dollar təşkil edib. Türkiyə ilə Rusiya arasında S-400 komplekslərinin alışı barədə razılaşma imzalandıqdan sonra Ankara ABŞ-ın yeni nəsil F-35 qırıcılarının istehsalı proqramından kənarlaşdırılıb.

Chosen
37
teleqraf.com

1Sources