EN

İsraildən Livana hava hücum

İsrail ordusu Livanın cənubundakı Sur vilayətində bir əraziyə hava hücumu həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumar yayıb.

İsrail ordusunun hava zərbəsi Sur vilayətindəki Tora və Abbasiye qəsəbələri arasında yerləşən açıq sahəni hədəf alıb.

Hücumdan sonra hadisə yerinə təcili tibbi yardım qruplarının göndərildiyi bildirilib.

Livan rəsmiləri tərəfindən hücumla və mümkün tələfatla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Chosen
45
1
operativmm.az

2Sources