EN

Gələn ilin büdcə xərclərində onkologiya ilə bağlı müxtəlif tədbirlər üzrə xərclər artırılır - NAZİR

Növbəti ilin büdcə xərclərində onkologiya ilə bağlı müxtəlif tədbirlər üzrə 118 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2025-ci illə müqayisədə 10 faizlik artım deməkdir. SİA xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev noyabrın 6-da Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir bildirib: “Yəni, dinamikamız müsbətdir. Ehtiyacımız daha böyükdür, müzakirə edirik. Hazırda icbari tibbi sığorta zərfinin daha da genişləndirilməsi istiqamətində böyük addım atırıq. Buraya səkkiz müxtəlif istiqamət daxil edilib. Gələcəkdə digər istiqamətlərin də zərfə daxil edilməsini birmənalı olaraq istəyirik. Əlbəttə, təqdim olunan prioritetlərdən, əhatə etdiyi insan sayından, müxtəlif effektivlik göstəricilərindən asılı olaraq hər bir istiqamət müzakirə ediləcək və növbəti dövrlərdə bu məsələlər təmin olunacaq”.

Chosen
6
5
sia.az

6Sources