EN

Sinqapurlu nazir: İqlim dəyişmələri ilə mübarizə dinamikası zəifləyir

Bakı, 6 noyabr, AZƏRTAC

Qlobal iqlim dəyişikliyi ilə mübarizədə impuls azalır, çünki geosiyasi narahatlıqlar biznes və hökumətlərdə qeyri-müəyyənliyi artırır.

AZƏRTAC xəbər verir ki, Sinqapurun ətraf mühit naziri Qreys Fu bu açıqlamanı cümə axşamı Braziliyanın Belem şəhərində 10-21 noyabr tarixlərində keçiriləcək COP30 iqlim sammitindən əvvəl verib.

O, jurnalistlərə bildirib ki, geosiyasi gərginliklə yanaşı, yüksək enerji və ərzaq qiymətləri ölkələrin iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün lazımi radikal tədbirlər görməsini çətinləşdirən siyasi maneələr yaradıb.

Nazir əlavə edib: “ABŞ-ın Paris Sazişindən çıxması əhəmiyyətli bir amildir. Bununla bağlı bir çox siyasi mülahizələr də var”.

Braziliyada keçiriləcək illik COP sammitində 190 hökumətdən təxminən 50 min nümayəndə və təmsilçinin iştirakı gözlənilir.

Fu bildirib ki, zəifləyən impulsa baxmayaraq, ölkələr iqlim dəyişikliyi ilə mübarizə aparmaq üzrə birgə işləmək üçün həmfikir tərəfdaşlar tapmalıdır. O bildirib ki, Sinqapur artıq on iki ölkə ilə Paris Sazişinin 6-cı maddəsinə əsasən karbon kreditləri almağa imkan verəcək icra müqavilələri imzalamaq üzərində iş aparır.

Chosen
54
1
azertag.az

2Sources