EN

“Zəfər marşı” - Bəstəkar Tural Bakuvidən yeni kompozosiya - VİDEO

Bəstəkar Tural Bakuvi Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbənin 5 illiyi münasibətilə kompozisiya bəstələyib.

Bu barədə bəstəkar “Cebheinfo.az”-a açıqlamasında özü məlumat verib. 

Tural Bakuvi duyğularını belə ifadə edib:

“Ali Baş Komandanımıza, ordumuza, qazilərimizə minnətdaram. Şəhidlərimizin xatirəsi önündə baş əyirəm. Çalışdım ki, Böyük Zəfərimizin həsr olunan yaradıcılıq nümunələri içində mənim də kiçik bir payım olsun".

Qeyd edək ki, “Zəfər marşı” adlı instrumental kompozisiyanın aranjimanı Ramal Rəsula aiddir.

Chosen
41
7
cebheinfo.az

9Sources