Bakı. Trend:
2006-cı ildə kommersiya hasilatına başlanıldığı vaxtdan 2025-ciilin üçüncü rübünün sonunadək Xəzər dənizinin Azərbaycan sektorundayerləşən “Şahdəniz” qaz yatağından ümumilikdə 257 milyard kubmetrqaz hasil edilib.
Trend bu barədəbp-yə istinadən xəbər verir.
Bu dövr ərzində kondensat hasilatının həcmi 52 milyon ton təşkiledib.
bp-nin məlumatına əsasən, cari ilin ilk doqquz ayı ərzində“Şahdəniz” yatağında ümumilikdə “Shah Deniz Alpha” və “Shah DenizBravo” platformalarından təqribən 21 milyard standart kubmetr qazvə 3 milyon ton (təxminən 24 milyon barel) kondensat hasilolunub.
Hazırda “Şahdəniz” yatağındakı mövcud qurğuların hasilat gücühazırda gündəlik təxminən 75,7 milyon (ildə təqribən 27,6 milyard)standart kubmetrdir.
Şahdənizdə iştirak payları aşağıdakı göstərilib:
bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), CənubQaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).