EN

Bu, sahibkarlar üçün yeni imkanlar yaradacaq Deputat

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Sadələşdirilmiş vergi dövriyyəsinin artırılması ilə bağlı mütəmadi olaraq Milli Məclisdə müzakirələr olurdu və təkliflər təqdim olunurdu. Bu, xüsusən kiçik sahibkarların dəstəklənməsi baxımından vacibdir. Çünki dövriyyənin 200 min manat olması bir sıra hallarda sahibkarların bu dövriyyədən səmərəli istifadəsinə imkan yaratmırdı. 200 min manatdan artıq dövriyyədə sahibkarların ƏDV ödəyicisinə çevrilməsinə səbəb olurdu”.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu baxımdan yeni dəyişikliklər birmənalı şəkildə kiçik sahibkarların daha yaxından dəstəklənməsinə imkan yaradacaq:“Bu, sahibkarlığın inkişafı üçün yeni imkanlardır. Artıq 400 min manatadək dövriyyəsi olan sahibkarlar sadələşdirilmiş vergi subyekti olaraq qalacaqlar, ƏDV ödəyicisi olmayacaqlar. Bu da onların xərclərinin azalmasına, dövriyyəsinin genişlənməsinə imkan verəcək”.Cavidan Mirzəzadə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
demokrat.az

1Sources