EN

Bakıda vəzifəli şəxs dərzi sexində dava saldı: Ayaqyoluna girmək istədi, həbs edildi

Bakıda qadınların işlədiyi dərzi sexinə içkili halda girmək istəyən şəxs həbs edilib. 

 1983-cü il tarixdə Dəvəçi rayonu, Beynəlmiləl kəndində doğulmuş İ.K. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, İ.K. Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən tanımadığı dərzi sexinə girərək, sanitar qovşaqdan istifadə etmək istəyib.  Sexdə işləyən qadınlar onu tanımadıqları üçün içəri daxil olmasına icazə verməyiblər. Həmin şəxs isə alkoqolun təsiri aldığı üçün səs-küy salıb, sexdə işləyən qadınlarla mübahisə edib. 

Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilib və deyib ki, dostları ilə birlikdə içki məclisində iştirak edib. Alkoqol qəbul etdiyindən özünü idarə edə bilməyib və nəticədə sözügedən hərəkətləri törədib. 

Məhkəmənin hökmü ilə İ.K. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 10 gün müddətə inzibati həbs edilib.

Qeyd edək ki, İ.K. Açıq Səhimdar Cəmiyətlərdən birində xəzinədar işləyir.

 

Chosen
17
1
7news.az

2Sources