Dövlət İmtahan Mərkəzi (DİM) Qarabağın yaşıllaşdırılması işində hər bir əməkdaşının adından bir ağacın əkilməsi üçün Qarabağ Dirçəliş Fonduna ianə edib. SİA xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə deyib. O bildirib ki, DİM tərəfindən fonda ümumilikdə 318 ağacın əkilməsi üçün ianə edilib.