EN

Millimizdən İslamiadada növbəti qələbə

style='margin-bottom:10px;'>

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci oyununa çıxıb.

QOL.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda Tacikistanla üz-üzə gəlib. Görüş millimizin qələbəsi ilə başa çatıb – 3:0 (25:5, 25:11, 25:9)

Yığma daha əvvəl İranı məğlub edib -3:0 (25:11, 25:16, 26:24).

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.

Chosen
10
2
teleqraf.com

7Sources