EN

Azərbaycanın voleybol millisi İslamiadada növbəti qələbəsini qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb. SİA-nın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma bu dəfə Tacikistanla üz-üzə gəlib.

Azərbaycan millisi bu görüşü də qələbə ilə başa vurub - 3:0 (25:5, 25:11, 25:9)

Yığma daha əvvəl İran kollektivini üstələyib -3:0 (25:11, 25:16, 26:24).

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.

Chosen
11
3
sia.az

7Sources