EN

Cənubi Koreyada elektrik stansiyasının binası uçub

Ajans.az xəbər verir ki,bu barədə ölkənin Milli Yanğın Agentliyi məlumat yayıb. Hadisə hazırda fəaliyyətdə olmayan istilik elektrik stansiyasının sökülməsinə hazırlıq işləri zamanı baş verib. Rəsmilərin məlumatına görə, iki nəfər xilas edilib, lakin ən azı yeddi nəfərin dağıntılar altında qaldığı və ya itkin düşdüyü ehtimal olunur. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Cənubi Koreyanın Baş naziri Kim Min Suk bütün nazirliklərə xilasetmə işlərinə cəlb edilə biləcək bütün resursların – personalın və texnikanın səfərbər edilməsini tapşırıb. Məlumata görə, təhlükəsizlik məqsədilə yaxınlıqdakı yaşayış məntəqələrindən sakinlər təxliyə olunur.

 

Chosen
26
Ajans.az

1Sources