Türkiyəli hərbçilər Azərbaycanda 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək hərbi paradda iştirak edəcək.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk bildirib.
O, Türkiyə hərbçiləri ilə yanaşı Hərbi Hava Qüvvələrinə məxsus altı ədəd F-16-nın da Zəfər paradına qatılacağını qeyd edib.