EN

MDU-nun şəhid məzunu Oruc Nəcəflinin məzarı ziyarət edilib

2025-ci il 6 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) 2020-ci il Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış məzunu Oruc Nəcəflinin ildönümü münasibətilə onun Mingəçevir şəhər Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edilib.

AzEdu.az xəbər verir ki, universitetin rektoru Anar Eminov, əməkdaşlar və tələbələr şəhidin xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər. Ziyarət zamanı şəhidin ruhuna dualar oxunub, onun Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıq minnətdarlıqla xatırlanıb. Ziyarət zamanı həmçinin Vətən müharibəsi şəhidləri Fuad Xankişiyev və Tural Orucovun da məzarları ziyarət olunub, onların xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, MDU kollektivi tərəfindən həyata keçirilən bu ziyarət universitetin şəhid məzunlarının əziz xatirəsinə göstərilən diqqət və ehtiramın bariz ifadəsi olub.

Chosen
18
azedu.az

1Sources