UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçirilən qarşılaşmada Türkiyənin “Qalatasaray” klubu səfərdə Niderland təmsilçisi “Ayaks” üzərində inamlı qələbə qazanıb. İstanbul təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu nəticə ilə “Qalatasaray” 13 ildən sonra Çempionlar Liqasında ardıcıl 3 qələbə qazanan ilk Türkiyə klubu oldu.
Sonuncu dəfə bu uğura 2012–2013 mövsümündə texniki direktor Fatih Terimin rəhbərliyi altında imza atılmışdı. Həmin vaxt “sarı-qırmızılılar” qrup mərhələsində 7 noyabr – 5 dekabr 2012 tarixləri arasında ardıcıl olaraq CFR Kluju 3:1, Mançester Yunaytedi 1:0 və Braqanı 2:1 hesabı ilə məğlub etmişdi.
Bu mövsüm isə “Qalatasaray” əvvəlcə “Liverpul” üzərində 1:0, daha sonra “Bodo/Qlimt” üzərində 3:1 hesablı qələbə qazanmışdı. “Ayaks” üzərində 3:0-lıq nəticə ilə komanda Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 3 qələbə sevincini yenidən yaşadı.
Türkiyə təmsilçisinin bu uğuru həm azarkeşlər, həm də futbol ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.