EN

İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib

BAKI,TurkicWorld, Nailə Babazadə

İsrail ordusu Livanın cənubundakı Sur vilayətində bir əraziyə hava zərbəsi endirib.

TurkicWorld xəbər verir ki, Livanın rəsmi NNA agentliyinin məlumatına görə, hücum Tora və Abbasiye qəsəbələri arasındakı açıq ərazini hədəf alıb. Hadisə yerinə təcili tibbi yardım qrupları göndərilib.

Livan rəsmiləri hücumla bağlı və mümkün itkilər barədə hələlik açıqlama verməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə zərbə endirilən ərazidən qalxan tüstü müşahidə olunur.

Qeyd edək ki, İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə imzalanmış atəşkəs sazişinə baxmayaraq, İsrail ordusu tez-tez atəşkəsi pozur. 2023-cü ilin oktyabrında başlayan İsrail hücumları 2024-cü ilin sentyabrında genişmiqyaslı müharibəyə çevrilmiş, nəticədə 4 mindən çox insan həlak olmuş, təxminən 17 min nəfər yaralanmışdı.

Atəşkəsə baxmayaraq, İsrailin bu dövrdən bəri minlərlə dəfə razılaşmanı pozduğu və nəticədə yüzlərlə mülki şəxsin həlak olduğu bildirilir. İsrail, həmçinin son müharibə zamanı ələ keçirdiyi beş yüksəklikdə mövqelərini hələ də qoruyur.

Chosen
32
turkic.world

1Sources