Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Aktyor Frank Qrillo və kinoaktrisa Mariya Bakalova elmi-fantastik triller "Override" filmində baş rollarda çəkiləcəklər. Reyting.az xəbər verir ki, yeni filmin çəkilişlərinə bu ay Belfestdə başlayıblar. Ekran əsərinin rejissoru Cordan Daunidir. Ssenarini Cekson Myurrey və Kevin Stüartla birlikdə yazıblar.Filmin süjeti futuristik əsgər (Bakalova) haqqında olacaq. O, bir döyüşdə ölümcül yaralandıqdan sonra tərk edilir, lakin ən son döyüş süni intellekti olan "Mələyin” (Qrilıo) köməyi ilə sağ qalmaq uğrunda mübarizə aparır.Qeyd edək ki, Qrillo və Bakalova bundan əvvəl Ceyms Qannın bu il nümayiş etdirilən "Canavar komandoları" adlı bir animasiya serialında əməkdaşlıq ediblər.Oqtay QORÇU Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.