Bakı. Trend:
“Invest in Azerbaijan” informasiya sistemi yaradılacaq.
Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlıFərman imzalayıb.
Fərmana əsasən,
“Invest in Azerbaijan” informasiya sistemi haqqında Əsasnamə”təsdiq edilib.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həlletməlidir.
“Invest in Azerbaijan” informasiya sistemi (bundan sonra –Sistem) investorlar tərəfindən elektron qaydada müraciətlərintəqdim edilməsini, habelə Azərbaycan Respublikasında investisiyafəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütünməlumatların, o cümlədən investisiya mühiti, investisiyalayihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədəməlumatların əldə olunmasını təmin edir;
Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə AzərbaycanRespublikası İqtisadiyyat Nazirliyinin tabeliyində AzərbaycanRespublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO həyata keçirir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili vəinkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi ilə birlikdə Sistemin Azərbaycan RespublikasıPrezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğunolaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması vətəkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiyaehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahidreyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlətreyestrinə daxil edilməsi üçün tədbirlər görsün.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsinəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərininformalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsiQaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzitədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ciil 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəligələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.