EN

ŞOK: Bu ərazi “ölüm zona”sı ELAN EDİLDİ: Hər kim ora daxil olsa…

İsrail müdafiə naziri İsrael Katz, İsrail Müdafiə Qüvvələrinə silah qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün Misirlə sərhəd bölgəsini qapalı hərbi zonaya çevirməyi tapşırıb.

KONKRET.az xəbər verir ki, Katz deyib:

“Dronlar vasitəsilə silah qaçaqmalçılığı Qəzzadakı müharibənin bir hissəsidir və düşmənlərimizi silahlandırmaq məqsədi daşıyır. Bunun qarşısını almaq üçün bütün tədbirlər görülməlidir. Bu gün qaçaqmalçılıqla məşğul olanların hamısına müharibə elan edirik və məhdudlaşdırılmış zonaya daxil olan hər kəs vurulacaq”, – Katz sosial mediada yazıb.

“The Times of Israel” qəzeti xəbər verir ki, müdafiə naziri İsrail Müdafiə Qüvvələrinə (İMQ) bu zonalara daxil olan hər hansı icazəsiz şəxslərə, eləcə də dron operatorlarına və qaçaqmalçılarına zərbə endirməyi əmr verib.

Bundan əlavə, İsrail Müdafiə Nazirliyinə, xüsusən də Silahlanma Tədqiqatları, İnkişafı və Texnoloji İnfrastruktur İdarəsinə və Hərbi Hava Qüvvələrinə yeni PUA-lara qarşı mübarizə metodları axtarışlarını gücləndirmək tapşırılıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
54
1
konkret.az

2Sources