EN

"Qarabağ" Çempionlar Liqasından indiyə kimi nə qədər qazanıb?

Çempionlar Liqasında "Çelsi" ilə heç-heçə edən "Qarabağ" bərabərliyə görə 700 min avro qazanc əldə edib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, dördüncü turu yeddi xalla tamamlayan Ağdam klubu bu mövsüm əsas mərhələdəki qazancını 4.9 milyon avroya çatdırıb.

"Qarabağ"ın cari futbol ili üçün turnirdən ümumi qazancı isə 23.52 milyon avrodur (46 milyon manat).

Qeyd edək ki, UEFA Çempionlar Liqası əsas mərhələyə vəsiqə üçün 18 milyon 620 min, qələbəyə görə 2 milyon 100 min avro, heç-heçəyə görə isə 700 min avro ödəniş edir. Pley-off mərhələsində isə mükafatlar əhəmiyyətli dərəcədə artır. 1/8 finaldan əvvəl pley-offda oynayan komandalar 1 milyon avro qazanacaqlar. 1/8 finala yüksələn klublar isə 11 milyon avro mükafat əldə edəcəklər.

Chosen
25
4
manset.az

5Sources