EN

ABŞ yüzlərlə HƏMAS döyüşçüsünün tunellərdə qaldığını AÇIQLADI

Fələstin HƏMAS hərəkatının yüzlərlə döyüşçüsü İsrailin nəzarətində olan Qəzza zolağının altındakı tunellərdə ilişib qalıb.

Qaziler.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” (WSJ) qəzeti yazır.

Nəşr hesab edir ki, bu vəziyyət atəşkəsi pozmaq təhlükəsi yaradır.

Jurnalistlər qeyd edirlər ki, HƏMAS döyüşçülərinin taleyi atəşkəsin ikinci mərhələsinə keçid üçün danışıqlarda mübahisəli məsələdir. Məqalədə HƏMAS rəhbərliyinin döyüşçülərinin təxliyəsini təmin etmək istədiyi bildirilir.

Fələstin nümayəndələri tunellərdə təxminən 100 döyüşçünün olduğunu iddia edirlər. İsrail isə onların sayını 200-300 nəfər olduğunu hesablayıb.

QAZİLER.AZ

Chosen
28
qaziler.az

1Sources