EN

Çinli astronavtlar müəmmalı obyektin onlara çırpılmasından sonra kosmosda qalıblar

Çin İnsanlı Kosmik Agentliyi təsdiqləyib: “Şençjou-20” ekipajı — Çen Donq, Çen Çjonqrui və Vanq Jie — kosmik gəminin naməlum obyektlə toqquşmasından sonra təcrid vəziyyətində qalıb.

QHT.az xəbər verir ki, gəminin kiçik orbital dağıntı ilə toqquşduğu ehtimal olunur. Astronavtların təhlükəsizliyi üçün onların Yerə qayıdışı 5 noyabr əvəzinə 20 noyabra təxirə salınıb. Hazırda ekipajlar gəmini yoxlayır və təmirin mümkünlüyünü qiymətləndirirlər.

Ekspertlər bildirirlər ki, bu hadisə kosmik tullantıların artmasının yaratdığı təhlükəni bir daha göstərir. Fizika mütəxəssisləri xəbərdarlıq edir ki, saatda 29 min km sürətlə hərəkət edən tullantılar həm astronavtlar, həm də planet üçün ciddi risk yaradır.

 

R.İmanov

Chosen
39
qht.az

1Sources