Bakının mərkəzində qətlə yetirilən Yasin İbadov 19 yaşında olub.
Modern.az onun fotosunu əldə edib.
Məlumata görə, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub.
Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.