EN

Gürcüstan ABŞ ilə münasibətlərə yenidən baxmağa hazırdır

BAKI, 6 noyabr. TELEQRAF

Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətlərin açıq şəkildə yenidən nəzərdən keçirilməsinə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze jurnalistlərə məlumat verib.

“Gürcüstan hakimiyyəti münasibətlərin açıq şəkildə yenidən qiymətləndirilməsinə hazırdır. Keçmiş administrasiya (Co Bayden) dövründə təhdidlər eşidirdik ki, bu da qəbuledilməzdir. Biz müstəqil ölkəyik, bu müstəqillik uğrunda əcdadlarımız mübarizə aparıblar və biz onu heç kimdən asılı olmamaq üçün əldə etmişik”, - o bildirib.

Kaladzenin sözlərinə görə, Gürcüstanın hakim partiyasının mövqeləri bir çox məsələlərdə ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə üst-üstə düşür. Xüsusilə bu, ölkə daxilində bəzi qüvvələrin xarici maliyyələşməsi məsələsinə aiddir.

Xatırladaq ki, Gürcüstanın ABŞ ilə münasibətləri 2024-cü ildən pisləşib, bu, ölkədə “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra baş verib. Keçən il noyabrın 28-də Baş nazir İrakli Kobaxidze Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının dayandırıldığını bəyan etdikdən sonra ABŞ Dövlət Departamenti Tbilisi ilə strateji tərəfdaşlığı dondurub.

Chosen
22
teleqraf.com

1Sources