EN

"Real"ın futbolçusu üç həftəlik sıradan çıxdı

BAKI, 6 noyabr. TELEQRAF

“Real”ın yarımmüdafiəçisi Orelyen Çuameni zədə səbəbindən üç həftə meydana çıxmayacaq.

TeleqrafAS nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı fransız futbolçuda sol ayağının yarımquru əzələsində (semitendinosus) zədələnmə aşkarlanıb.

Çuameni 9 noyabrda keçiriləcək La Liqanın 12-ci turunda “Rayo Valyekano” ilə oyunu buraxacaq və Fransa millisinin heyətinə də çağırılmayacaq. “Real” rəhbərliyi ümid edir ki, dayaq yarımmüdafiəçi 26 noyabrda keçiriləcək Çempionlar Liqasının “Olimpiakos”la matçına qədər sağalacaq.

Qeyd edək ki, cari mövsümdə Çuameni İspaniya çempionatında 11 oyun, Çempionlar Liqasında isə 4 oyun keçirib.

Chosen
40
teleqraf.com

1Sources