EN

Çin "ən insanabənzər robotu" təqdim etdi - kişi və qadın versiyalarında - VİDEO

Çin şirkəti Xpeng yeni nəsil Dəmir adlı insanabənzər robotlarını təqdim edib. Robotlar onurğa, dəri və sintetik əzələlərlə təchiz olunub, tam bərk batareyaya malikdir və cins, bədən tipi, hətta geyim seçimi mümkündür.

QHT.az xəbər verir ki, boyu 1,78 metr, çəkisi 70 kq olan Dəmir danışa, yeriyə və əşyalarla qarşılıqlı əlaqə qura bilir. Tərtibatçılar barmaq sisteminə “passiv azadlıq” əlavə edərək hərəkətləri daha təbii ediblər.

Robotun qiyməti açıqlanmasa da, kütləvi istehsalın 2026-cı ilin aprelində başlanacağı bildirilib. Eyni zamanda, Tesla dizayn problemlərinə görə Optimus robotlarının istehsalını təxirə salıb və onları 2026–2027-ci illərdə satışa çıxarmağı planlaşdırır.

 

R.İmanov

Chosen
129
25
qht.az

10Sources