Banco.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında İtaliyaya 9 milyon 589 min 366 ton xam neft ixrac edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən 9 ayda Azərbaycanın bu ölkəyə neft ixracının dəyəri isə 4 milyard 992 milyon 915 min dollar təşkil edib. Hazırda İtaliya əsas neft idxalçımızdır. 2021-ci ildən (yanvar-sentyabr aylarında) bəri İtaliyaya neft ixracımızın miqdarı və dəyəri bu qədər olub:
İllər (yanvar-sentyabr ayları)
Miqdar (ton)
Dəyəri (dollar)
2025
9 589 366
4 milyard 992 milyon 915 min
2024
6 575 258
4 milyard 164 milyon 17 min
2023
7 985 493
4 milyard 986 milyon 285 min
2022
7 558 031
5 milyard 674 milyon 36 min
2021
9 542 983
4 milyard 323 milyon 731 min
Bizi sosial şəbəkələrdən izləyin!!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.