EN

Mərkəzi Gömrük Hospitalında Konstitusiya və Suverenlik İli nə həsr olunmuş tədbir keçirilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 6 noyarbr, AZƏRTAC

Mərkəzi Gömrük Hospitalında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev bildirib ki, müasir müstəqil Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və əvəzsiz xidmətləri nəticəsində mümkün olub. Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilən Konstitusiya ölkəmizin siyasi, iqtisadi və hüquqi inkişafının əsas bünövrəsini formalaşdırıb. Qəbul edilən Konstitusiya humanizm, ədalət və demokratiya prinsiplərinə əsaslanaraq vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfə verib.

Sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin inspektoru Səmra Qasımova çıxış edərək Konstitusiyanın tarixi əhəmiyyəti, formalaşma mərhələləri və müasir dövrdə dövlət idarəçiliyində oynadığı rol barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində iştirakçılar arasında müzakirələr aparılıb, Konstitusiyanın əhəmiyyəti, onun cəmiyyətdə və dövlət idarəçiliyində rolu barədə fikirlər səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
3
azertag.az

4Sources