EN

NATO hərbi sursat istehsalında Rusiyaya çatıb “Əvvəlki onilliklərdə olduğundan daha çox sursat istehsal edirik”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələr sursat istehsalında irəliləyiş əldə edirlər. Alyans hazırda bu sahədə Rusiyadan geri qalmır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Rumıniyada keçirilən sənaye forumunda açıqlayıb.

"Biz artıq sursat istehsalında irəliləyiş əldə edirik. Bu yaxınlara qədər Rusiya bütün NATO müttəfiqlərinin birgə istehsalından daha çox sursat istehsal edirdi. Lakin artıq belə deyil. Alyans daxilində biz artıq onlarla yeni istehsal xətti açırıq və mövcud istehsal xətlərini genişləndiririk", - Rutte vurğulayıb.

Xüsusilə, Alyansın Baş katibinin qeyd etdiyi kimi, NATO ölkələri hazırda əvvəlki onilliklərdə olduğundan daha çox sursat istehsal edir.

Rutte deyib ki, bu cür irəliləyiş yüksək keyfiyyətli hava hücumundan müdafiə sistemlərindən tutmuş ucuz dronlara qədər digər sahələrdə də genişləndirilməlidir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
azpolitika.info

1Sources