EN

8 noyabr Azərbaycan tarixinə əbədi olaraq qızıl hərflərlə yazılıb – Deputat

Bakı. Trend:

Beş il əvvəl – 2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşaşəhərini işğaldan azad edərək Azərbaycanın hərb tarixində yeni birşanlı səhifə yazdı.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Afət Həsənovabildirib.

Deputat qeyd edib ki, Şuşanın 28 illik erməni işğalındanqurtulması Azərbaycanın son əsrlik tarixində ən möhtəşəmqələbələrdən biri kimi yadda qaldı. Məhz Şuşanın azad olunmasındansonra düşmənin müqaviməti tam sındı və onlar kapitulyasiya aktınaimza atmağa məcbur oldular.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ Vətənmüharibəsinin ilk günlərindən bildirirdi ki, Şuşasız bizimqələbəmiz natamam olacaq. 44 gün davam edən müharibə ərzindərəşadətli ordumuz inamla, dayanmadan Şuşaya doğru irəlilədi. Uzunillər bir arzu kimi görünən bu məqsəd 2020-ci il noyabrın 8-dəreallığa çevrildi. Şuşanın azad edilməsi 44 günlük Vətənmüharibəsində əldə etdiyimiz böyük Zəfərin zirvəsi oldu. Qəhrəmanəsgər və zabitlərimiz çətin relyef şəraitində, sıldırım qayaları vədərin dərələri aşaraq Qarabağın qəlbi olan Şuşanı düşməndəntəmizlədilər. Bu əməliyyat tam haqlı olaraq Qarabağ Zəfərininkulminasiya nöqtəsi hesab olunur”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Şuşa əməliyyatı dünya hərb tarixindəbənzəri olmayan bir hadisə idi:

“Bu şəhərin necə ağır şəraitdə, necə böyük fədakarlıq,peşəkarlıq və şəhidlərimizin qanı bahasına azad edildiyinin şahidiolduq. Qəhrəman oğullarımız inanılmaz çətin tapşırığı uğurla yerinəyetirdilər. Əgər əvvəlcədən desəydilər ki, Şuşanı bu şəkildə azadedəcəyik, çoxları buna inanmazdı. Ancaq Ordumuz mümkünsüzü mümkünetdi və bu gün dünya hərbi mütəxəssisləri Şuşa əməliyyatınıaraşdırır, çünki bu əməliyyat hər kəsi heyrətə saldı. Buna görə də8 noyabr tarixi əbədi olaraq qızıl hərflərlə tariximizəyazıldı.”

Afət Həsənova əlavə edib ki, xalqımızın gücünü, iradəsini vəmilli qürurunu təcəssüm etdirən bu qələbə Prezident İlham ƏliyevinSərəncamı ilə əbədiləşdirildi:

“Şuşanın azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq 8noyabr Zəfər Günü elan olundu. 2021-ci il yanvarın 14-də isə dövlətbaşçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada üçrənglibayrağımızı ucaltdı. Cənab Prezidentin uzaqgörən strategiyası,dəqiqliklə müəyyən etdiyi siyasət və qətiyyətli rəhbərliyisayəsində xalqımız bu parlaq qələbəni qazandı. Bu gün isə azadedilmiş torpaqlarımızda bərpa və quruculuq işləri sürətlə davamedir, soydaşlarımız doğma yurdlarına qayıdırlar,” – deyə deputatqeyd edib.

Məqalədə:
Chosen
47
az.trend.az

1Sources