EN

Füzuli şəhəri üçün 17 milyon manatlıq tender elan edildi

Füzuli şəhərində magistral su xətlərinin, tullantı və yağış kollektorlarının, həmçinin mühəndis qurğularının tikintisi ilə bağlı yeni tender elan olunub.

NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 17 milyon 450 min 725 manatdır.

“Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsi (PHŞ) tərəfindən keçirilən satınalmaya noyabrın 20-də yekun vurulacaq.

Layihədə Füzuli şəhərinin magistral su xətlərinin, tullantı və yağış kollektorlarının, eləcə də müvafiq qurğuların layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi nəzərdə tutulub.

Chosen
7
1
nocomment.az

2Sources