EN

Rusiyada qətl törədən azərbaycanlı 17 il həbs cəzasına MƏHKUM EDİLDİ – VİDEO

Moskvada motosikletçinin qətlinə görə Şahin Abbasov 17 il cəza alıb. Hadisə parklanma ilə bağlı mübahisədən başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Moskva məhkəməsi 2024-cü ildə baş vermiş qətl hadisəsi üzrə Şahin Abbasovu 17 il müddətinə koloniyaya məhkum edib.

İstintaqa görə, Abbasov avtomobilini binanın girişində səkiyə park edib. Bayker Kovalyov ona irad bildirəndə, Abbasov onu döyüb və bıçaqlayıb. Kovalyov aldığı xəsarətlərdən ölüb.

Hadisədən sonra ona qaçmağa kömək edən qohumlar da cəzalandırılıb. Qardaşı Şöhrət 12 il, dayısı isə 1 il 11 ay cəza alıb.

Dayı SIZO-da “1 gün 1.5 gün hesabı” ilə cəzasını çəkmiş hesab edildiyi üçün məhkəmə zalından azad edilib.

Abbasovun atası Nizami Abbasov isə təqsirsiz sayılaraq bəraət alıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
28
interpress.az

1Sources