EN

Yanvarın 1 dən kim nə qədər sosial sığorta və tibbi sığorta ödəyəcək? Rəqəmlər açıqlandı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin 1 yanvarından etibarən bir sıra peşə sahibləri və fərdi fəaliyyətlə məşğul olan şəxslər üçün sosial və tibbi sığorta ödənişləri artırılacaq.

“AzPolitka” xəbər verir ki, yeni dəyişikliklərə əsasən, toy və şənlik aparıcıları, musiqiçilər, rəqqaslar, fərdi foto və audio xidmət göstərənlər, bərbərlər, aşpazlar, bağbanlar, pinəçilər, sürücülər və dayələr üçün aylıq sosial sığorta haqqı 5 faizdən 8 faizə qaldırılır.

Vəkillər və mediatorlar isə bundan sonra gəlirlərinin 15 faizini sosial sığorta haqqı kimi ödəməli olacaqlar. Qeyd edək ki, əvvələ bu göstərici 10 faiz idi.

Bundan başqa qeyri-formal məşğul şəxslər – yəni rəsmi əmək müqaviləsi olmayan və fərdi qaydada çalışanlar icbari tibbi sığorta üçün illik 192 manat ödəyəcəklər.

Dəyişikliyə görə, sahibkarlar isə gəlirlərinin 2 faizi həcmində məcburi sosial sığorta haqqı ödəməli olacaqlar.

Rəsmi izahatda qeyd olunur ki, bu dəyişikliklər “Dövlət sosial sığorta sistemi haqqında” qanuna edilən düzəlişlər çərçivəsində nəzərdə tutulub və əmək bazarının kölgə sektorunda şəffaflığı artırmaq, sosial müdafiəni gücləndirmək məqsədi daşıyır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
70
azpolitika.info

1Sources