EN

Putin NATO-ya meydan oxudu

Rusiya prezidenti Vladimir Putin, ABŞ-ın nüvə sınaqlarını yenidən başlatmaq planlarına cavab olaraq, Rusiyanın da bu istiqamətdə hazırlıqlara başlaması barədə göstəriş verib.

Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Putin, Təhlükəsizlik Şurasının iclasında məsələ ilə bağlı çıxış edərək bildirib ki, ABŞ belə addım atarsa, Moskva da eyni hüquqa sahibdir:

“ABŞ başlayarsa, biz də başlayacağıq.”

Rusiya lideri həmçinin NATO-ya da ismarıc göndərib:

“Raket sınağı zamanı bölgədə NATO gəmisi də var idi. Biz işlərinə qarışmadıq, sadəcə görmələrini istədik.”

Putin ölkəsinin nüvə potensialını gücləndirməyə davam etdiyini vurğulayıb və Rusiya Silahlı Qüvvələrinə bu istiqamətdə hazırlıq işlərinin aparılması barədə tapşırıq verib.

Qeyd edək ki, bu açıqlama ABŞ-ın yeni nəsil nüvə sınaqları ilə bağlı planlarının beynəlxalq gündəmdə müzakirə olunduğu bir dövrə təsadüf edir. Müşahidəçilərə görə, Moskvanın bu addımı soyuq müharibə dövrünü xatırladan nüvə gərginliyinin yenidən artmasına səbəb ola bilər.

Chosen
25
manset.az

1Sources